“Qarabağ”ın rəqibi bəlli oldu - Konfrans Liqasının pley-offunda
07.11.2022 - 17:12
“Qarabağ”ın rəqibi bəlli oldu - Konfrans Liqasının pley-offunda

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklarda növbəti rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası, ardınca Avropa Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Təmsilçimiz bu turnirin pley-offunda “Gent” (Belçika) ilə qarşılaşacaq. 1/8 finala vəsiqə uğrunda oyunlar 2023-cü ildə baş tutacaq.

Bu gün təşkil olunan püşkatma mərasimində səpələnməmiş olan “Qarabağ” fevralın 16-da keçiriləcək ilk görüşə Bakıda çıxacaq. Konfrans Liqasında qrup ikincisi olan rəqiblə cavab oyunu ayın 23-də səfərdə baş tutacaq.

Qeyd edək ki, Ağdam klubu ardıcıl ikinci mövsüm Konfrans Liqasının pley-offunda çıxış edəcək. Bu ilin əvvəlində “Qarabağ” Fransa təmsilçisi “Marsel”ə uduzub – 1:3, 0:3.

writer photo
Əlirza Əlirzalı
0