"Qarabağ"ın start heyəti bəlli olub
09.07.2024 - 13:18
"Qarabağ"ın start heyəti bəlli olub

Qurban Qurbanovun “Kayzerslautern”lə oyunda meydana çıxaracağı 11-lik bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə klub öz rəsmi hesablarında paylaşım edib.

"Köhlən atlar" meydana 4-4-2 taktiki sxemi ilə çıxırlar. Start heyəti isə belədir:

Qapıçı: Amin Ramazanov

Müdafiəçilər: Mateus Silva, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Abbas Hüseynov

Yarımmüdafiəçilər: Patrik Andrade, Aleksey İsayev, Nəriman Axundzadə, Hamidu Keyta

Hücumçular: Musa Qurbanlı, Redon Çiça

Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
 
 

writer photo
Əlirza Əlirzalı
0