“Neftçi” Rusiya klubu ilə danışıqlar aparır
26.10.2023 - 15:06
“Neftçi” Rusiya klubu ilə danışıqlar aparır

"Neftçi" Rusiyanın "Spartak" klubu ilə yoldaşlıq oyunlarının keçirilməsi ilə bağlı danışıqlar aparır.

Apasport.az xəbər verir ki, bunu klubun baş icraçı direktoru Fərrux Mahmudov deyib.

Bakı klubunun yeni idman direktoru Yens Andersonun təqdimat mərasimində iştirak edən Mahmudov bildirib ki, Rusiya komandası ilə danışıqlar hələ davam edir. Yoldaşlıq oyununun yaxın müddətdə baş tutacağı gözlənilir: "Yayda baş tutan yoldaşlıq oyununda komandamız uğurlu nəticə göstərə bilmədi. Cavab oyununu gözləyirik. Biz yoldaşlıq oyunları ilə bağlı danışıqlar aparırıq"

Qeyd edək ki, “ağ-qaralar” yayda baş tutan səfər oyununda "Spartak"a 0:2 hesabı ilə məğlub olub.
 

writer photo
Əlirza Əlirzalı
0