“Qalatasaray”dan FIFA-ya şikayət - SƏBƏB
26.09.2022 - 12:36
“Qalatasaray”dan FIFA-ya şikayət - SƏBƏB

Mövsümün əvvəlində “Qalatasaray”ın azad agent kimi yollarını ayırdığı Sofian Fequli FIFA-ya müraciət ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, Əlcəzair millisinin üzvü Türkiyə klubundan şikayət edib.

33 yaşlı yarımmüdafiəçi 3 aylıq maaşını hələ də almadığını əsas gətirərək, bonuslar və evin kirayə pulu da daxil olmaqla “sarı-qırmızılılar”dan 1,6 milyon avro tələb edib. Bu isə “cim-bom” rəhbərliyini təşvişə salıb. Klub hazırda bu məsələni yoluna qoymağa çalışır.

Qeyd edək ki, 2017-2022-ci illərdə “Qalatasaray”da çıxış edən Sofian Fequli hazırda klubsuzdur.

writer photo
Əlirza Əlirzalı
0