"Qarabağ"ın ulduzuna Ərəbistandan təklif
08.07.2024 - 15:45
"Qarabağ"ın ulduzuna Ərəbistandan təklif

“Qarabağ”ın futbolçusu Yassin Benziaya BƏƏ-dən dəvət gəlib. 

Apasport.az saytına verilən məlumata görə, BƏƏ yüksək liqasında çıxış edən “Baniyas” “Qarabağ”ın əlcəzairli futbolçunu transfer etməyi planlaşdırır. 

Abu-Dabi təmsilçisinin baş məşqşçisi Joao Pedro Souza şəxsən Benzianı sərəncamında görmək istəyir. Amma Benzianın “Qarabağ”da qalmaq istədiyi üçün düşərgədə qalacağı gözlənilir. 

Qeyd edək ki, Yassin 2023-cü il yanvarın 26-da “Qarabağ”a keçib. Onun Ağdam klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 
 

writer photo
Əlirza Əlirzalı
0