“Barselona” onu satışa çıxardı
05.08.2023 - 10:49
“Barselona” onu satışa çıxardı

“Barselona” daha bir futbolçusunu satışa çıxarıb.

Apasport.az saytı xəbər verir ki, Kataloniya klubu müdafiəçisi Serjinyo Destlə yollarını ayırmağa hazırlaşır.

22 yaşlı amerikalı futbolçunun oyunundan narazı olan La Liqa təmsilçisi 10 milyon avro qarşılığında Serjinyonu satmağa hazırdırlar. İspanlar hətta arxa xətt oyunçusuna gələn icarə təkliflərinə belə müsbət cavab verəcəklərini açıqlayıblar.

Qeyd edək ki, komandası ilə müqaviləsi 2025-ci ildə bitəcək Dest karyerası ərzində 200 rəsmi matça çıxıb.

writer photo
Əlirza Əlirzalı
0