75 milyonluq qapıçı
14.11.2022 - 15:23
75 milyonluq qapıçı

Portuqaliya millisinin və “Porto”nun qapıçısı Dioqo Koştanın sərbəstqalma məbləği bəlli olub.

Apasport.az saytının məlumatına görə, onu heyətinə qatmaq istəyən “Mançester Yunayted” bunun üçün 75 milyon avro ödəməlidir.

O, müqaviləsi mövsümün sonunda başa çatacaq David de Xeanı əvəz etməlidir. 23 yaşlı portuqaliyalının “Porto” ilə anlaşması 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Koşta cari mövsümün 19 matçında 16 top buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0