“Sambaçılar”ın Mourinyo SEVGİSİ
24.12.2022 - 17:40
“Sambaçılar”ın Mourinyo SEVGİSİ

Joze Mourinyo Braziliya millisinin “sükanı arxasına” keçə bilər. 

Apasport.az xəbər verir ki, Braziliya Futbol Federasiyası portuqaliyalı mütəxəssisin xidmətində maraqlıdır.  

Madrid “Real”ının baş məşqçisi Karlo Ançelottidən müsbət cavab ala bilməyən “sambaçılar” hazırda “Roma”nı çalışdıran Mourinyonu yığmanın baş məşqçisi kimi görməyi arzulayırlar.  

Qeyd edək ki, Braziliyanın baş məşqçisi Tite Qətərdə keçirilmiş dünya çempionatındakı uğursuzluqdan sonra istefa verib.
 

writer photo
Əlirza Əlirzalı
0