"Qarabağ"ın yeni transferinin nömrəsi bilindi - FOTOLENT
27.01.2023 - 00:21
"Qarabağ"ın yeni transferinin nömrəsi bilindi - FOTOLENT

"Qarabağ"ın yeni transferi Yassin Benzya 9 nömrəli forma ilə çıxış edəcək.

Apasport.az xəbər verir ki, "Qarabağ" Benzya ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb. 

Qeyd edək ki, Yassin Benzia “Lion”, “Lill”, “Dijon” (hamısı Fransa), “Olimpiakos” (Yunanıstan), “Fənərbağça”, “Hatayspor” (hər ikisi Türkiyə) kimi klublarda çıxış edib. Benzia Fransa Liqa 1-də ümumən 131 oyun keçirib, 15 qol vurub və 13 qolun ötürməsini verib.

writer photo
Əlirza Əlirzalı
0