"Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi
15.01.2024 - 16:53
"Qəbələ" "Araz-Naxçıvan"ı məğlub etdi

"Qəbələ" bu gün yoxlama görüşündə "Araz-Naxçıvan"la qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

14-cü dəqiqədə Əyyub Allaş, 57-ci dəqiqədə isə Samuel Tette toru silkələyib.

 

writer photo
Əlirza Əlirzalı
0