Latviyanın paytaxtı Riqada yeniyetmələr arasında Avropa kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarış oktyabrın 21-22-də keçiriləcək. Turnirdə 22 ölkədən 314 idmançı iştirak edəcək.
Azərbaycan yarışda oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunacaq. Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.
50 kq: Bahadır Feyzullayev, Rüstəm Qasımzadə
55 kq: Telman Abdullayev, Nihad Məmişov
60 kq: Mirxaliq İskəndərov, Əhməd Rüstəmov
66 kq: Ümüd Qurbanov, Səid Şərifov,
Səlim Sultanov
73 kq: Cəsur İbadlı, Əhməd Mehdiyev
81 kq: Mehdi Abbasov, Hüseyn Eyvazlı, Əli Qazıməmmədov
+90 kq: Sübhan Axundov, Rəsul Səmədli
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaq.