"Fənərbağça" "Everton"dan futbolçu alır
12.09.2023 - 12:25
"Fənərbağça" "Everton"dan futbolçu alır

"Fənərbağça" İngiltərə Premyer Liqasından futbolçu alır.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu "Everton"un yarımmüdafiəçisi Andre Qomeşə elçi düşüb.

Klub rəhbərliyi 30 yaşlı portuqaliyalının transferi üçün ingilislərlə danışıqlara başlayıb. 2019-cu ildən "Everton"da çıxış edən Qomeş ötən mövsümü "Lill"də icarə əsasında keçirib. Fransa komandası ilə 27 matçda iştirak edən futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qardaş ölkədə transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.

writer photo
Əlirza Əlirzalı
0