"Arsenal"dan azarkeşlərə qadağa
09.04.2024 - 17:59
"Arsenal"dan azarkeşlərə qadağa

"Arsenal" və "Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda qarşı-qarşıya gələcəklər.

Apasport.az xəbər verir ki, "Emirates" stadionunda Almaniyadan gələn azarkeşlər olmayacaq.

Stadiona gələ bilməyən azarkeşlər biletləri “Arsenal” fanlarından almağa başlayıblar. Bu, oyun öncəsi klubların azarkeşləri arasında qarşıdurmalara səbəb olub.

“Arsenal” məsələ ilə bağlı tədbir görüb. Klubdan verilən açıqlamaya görə, futbol həvəskarları rəqib komandanın azarkeşlərinə bilet satdıqları halda mövsüm biletləri əllərindən alınacaq. 

Qeyd edək ki, UEFA Münhen klubunun azarkeşlərini davranışına görə cəzalandırmışdı.

writer photo
Əlirza Əlirzalı
0