“Valensiya” Türkiyə yığmasının futbolçusunu transfer etdi
09.06.2023 - 12:17
“Valensiya” Türkiyə yığmasının futbolçusunu transfer etdi

“Valensiya” türkiyəli futbolçu Cenk Özkacarı transfer edib.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

22 yaşlı müdafiəçini ötən mövsüm “Lion”dan icarəyə götürən “yarasalar” futbolçunun alınması ilə bağlı bəndi aktivləşdirib. Ötən mövsüm “Valensiya”da 21 oyun keçirən Cenklə yeni müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, müdafiəçi Türkiyə yığmasında 3 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0