Ramil Şeydayev Arda Turanın komandasına qarşı oynayacaq
18.01.2024 - 13:59
Ramil Şeydayev Arda Turanın komandasına qarşı oynayacaq

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Kocaelispor"da debüt oyununun tarixi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ərtuğrul Sağlam açıqlamasında deyib.

54 yaşlı mütəxəssis futbolçunun oyun üçün hazır olduğunu vurğulayıb: “Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də digər transferlərimiz oynamağa hazırdırlar”.

Qeyd edək ki, Kocaeli komandası 1-ci liqanın 19-cu turu çərçivəsində Arda Turanın çalışdırdığı “Eyüpspor”la qarşılaşacaq. 

writer photo
Əlirza Əlirzalı
0