PSJ-nin PLANI
22.03.2023 - 12:13
PSJ-nin PLANI

PSJ yayda heyəti gücləndirməyi planlaşdırır.  

Apasport.az saytı xəbər verir ki, Paris klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvaya elçi düşüb.

İngiltərə təmsilçisi "Barselona"nın da maraq dairəsində olan 28 yaşlı futbolçunu 90 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Qeyd edək ki, Portuqaliya millisinin də şərəfini qoruyan Silva bu mövsüm "şəhərlilər"in heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Mançester təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

writer photo
Əlirza Əlirzalı
0