Linqard Cənubi Koreyaya yollandı - FOTO
05.02.2024 - 13:14
Linqard Cənubi Koreyaya yollandı - FOTO

"Mançester Yunayted"in sabiq hücumçusu Cessi Linqard Cənubi Koreyaya yollanıb.

Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını "Seul"da davam etdirəcək.

Təcrübəli forvard Koreya klubu ilə bir mövsüm uzatmaq imkanı ilə 2 illik müqavilə imzalayacaq.

İngilitərəlinin son iş yeri 2023-cü ilin yayında tərk etdiyi "Nottingem Forest" olub. 20 matçda Linqard 2 qol və eyni sayda  məhsuldar ötürmə ilə yadda qalıb.



 

writer photo
Əlirza Əlirzalı
0