Azara Premyer Liqadan elçi
08.11.2022 - 14:53
Azara Premyer Liqadan elçi

“Real”ın hücumçusu Eden Azar qış transfer pəncərəsində Premyer Liqaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” Belçika millisinin liderinə elçi düşüb.

“Sağsağanlar” 31 yaşlı forvardın keçidi müqabilində “kral klubu”na 20 milyon avro təklif etməyə hazırdır. “Çelsi”nin sabiq futbolçusu özü Premyer Liqaya qayıtmağın əleyhinə deyil. Ancaq onu 2019-cu ildə 115 milyon avroya alan “Real”ı bu məbləğ qane etməyə bilər.

Qeyd edək ki, Eden Azar “Real”ın heyətində ümumilikdə 72 oyunda forma geyinib, 7 qol vurub, 11 assist edib. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatır.

writer photo
Əlirza Əlirzalı
0