"Palmeyras" "Fənərbaxça"lı yarımmüdafiəçini istəyir
17.01.2024 - 16:08
"Palmeyras" "Fənərbaxça"lı yarımmüdafiəçini istəyir

"Palmeyras" axtardığı yarımmüdafiəçini "Fənərbaxça"da tapıb. 

Apasport.az "Bolavip Brasil"ə istinadla xəbər verir ki, Braziliya klubu 25 yaşlı Linkoln Henrike ilə maraqlanır. 

Digər tərəfdən "Korintias" və "Kruzeyro" da gənc futbolçunu izləyir. 

Qeyd edək ki, 10 nömrə kimi sol cinahda və yarımmüdafiənin mərkəzində oynaya bilən Linkoln uzunmüddətli zədədən sonra yenidən heyətə qayıdıb. 

writer photo
Əlirza Əlirzalı
0