Yuriy Hura: "Müdafiədə çox səhv buraxdıq"
12.07.2024 - 00:17
Yuriy Hura: "Müdafiədə çox səhv buraxdıq"

Təmsilçimizin minimal hesablı qələbəsi ilə yekunlaşan “Şerif” – “Zirə” matçından sonrakı mətbuat konfransında hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb. 

Tiraspol klubunun baş məşqçisi Yuriy Hura da oyun barədə öz fikirlərini bildirib:

"Hava çox isti idi. Biz əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Rəqib komanda son dəqiqələrdə qol vurdu. Sadəcə bir real qol vəziyyəti yaratdılar və qol vurdular”. 

Xatırladaq ki, görüşün 89-cu dəqiqəsində Davit Volkov “Zirə”nin qələbə qoluna imza atıb.


 

writer photo
Əlirza Əlirzalı
0