"Milan"dan qovulan idman direktoru yenidən İtaliyada çalışa bilər
11.03.2024 - 14:52
"Milan"dan qovulan idman direktoru yenidən İtaliyada çalışa bilər

Ötən il "Milan"dan qovulan Frederik Massara yenidən İtaliyada çalışa bilər. 

Apasport.az İtaliyanın "La Gazzetta Dello Sport" nəşrinə istinadla xəbər verir ki, A Seriyasının 2 klubu onunla müqavilə imzalamaq istəyir.

Mənbənin məlumatına görə, "Roma" və "Napoli" italiyalı ilə maraqlanır.

Romalılar Tiaqo Pintanın yoxluğunu Massara ilə doldurmaq niyyətindədirlər. "Napoli" isə çox uğursuz mövsüm keçirir və idman direktoru Mauro Meluso ilə ayrılmağa hazırlaşır. 

Qeyd edək ki, italiyalı mütəxəssis ötən ilin yayına qədər “ Milan” klubunun idman direktoru vəzifəsində çalışıb. 

writer photo
Əlirza Əlirzalı
0