Azarkeş öldü, oyun yarımçıq dayandırıldı
07.10.2022 - 09:23
Azarkeş öldü, oyun yarımçıq dayandırıldı

Argentina çempionatının XXIII turunun “Ximnasiya Esqrima” – “Boka Xuniors” oyunu stadionun yaxınlığında baş verən iğtişaşlar səbəbindən yarımçıq qalıb.

Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında yaranan problemi aradan qaldırmaq üçün arenanın yaxınlığında polisin istifadə etdiyi gözyaşardıcı qazın meydana qədər gəlməsi ilə baş hakim 9-cu dəqiqədə görüşü dayandırıb.

Üstəlik, tribunalarda nəfəs almaqda çətinlik çəkən azarkeşlər meydançaya axın etməli olublar. Hətta yerli televiziya kanallarından birinin operatoru polis tərəfindən rezin güllələrlə vurulub.

Bir azarkeş isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 57 yaşlı Sezar Reqeyronun ölümünün səbəbi ürəktutması olub. Məlumatı “Boka Xuniors” da təsdiqləyib.

writer photo
Əlirza Əlirzalı
0