Okampos İngiltərənin bir addımlığında
30.08.2023 - 12:42
Okampos İngiltərənin bir addımlığında

Lukas Okampos karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi “Fulhem”ə keçə bilər.

Londonlular Lukasın transferi ilə bağlı “Sevilya” ilə razılıq əldə edib. İngiltərəlilər argentinalı futbolçunun özü ilə danışıqları yekunlaşdırmağa yaxındır.

Qeyd edək ki, Okampos ötən mövsümün ilk yarısında “Ayaks”da icarədə olub, sonra öz klubuna qayıdıb.
 

writer photo
Əlirza Əlirzalı
0