"Milan"ın baş məşqçisi vəzifəsinə namizədlər siyahısında yeni ad
22.04.2024 - 09:55
"Milan"ın baş məşqçisi vəzifəsinə namizədlər siyahısında yeni ad

İtaliya A Seriyasında mübarizə aparan "Milan" baş məşqçi Stefano Pioli ilə yollarını ayıra bilər.

Apasport.az xəbər verir ki, bu səbəblə "Milan" rəhbərliyi "Real Madrid"in və "Mançester Siti"nin keçmiş məşqçisi, çilili Manuel Pelleqrinini dəvət etmək qərarına gəlib. Bu barədə pianetamilan.it məlumat yayıb.

Giorgio Furlani başda olmaqla klub rəhbərliyi Pelleqriyə güvənir. 

Qeyd edək ki, İtaliya klubu ölkə çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. 
 

writer photo
Əlirza Əlirzalı
0