“Qəbələ” İsraildən yarımmüdafiəçi gətirdi
05.07.2022 - 09:12
“Qəbələ” İsraildən yarımmüdafiəçi gətirdi

“Aşdod”un yarımmüdafiəçisi Fares Abu Akel Azərbaycana yollanıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Ancaq 25 yaşlı orta sahə oyunçusu öncədən deyildiyi kimi “Neftçi” ilə deyil, “Qəbələ” ilə müqavilə imzalayacaq. İsrailli futbolçu dünən gecə saatlarında ölkəmizə gəlib. Onun 3 ildir formasını geyindiyi “Aşdod”la sözləşməsi davam etsə də, rəhbərliyi ayrılığa razı sala bilib. Akelin “Qəbələ” ilə 1 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qəbələ” yay fasiləsində hələlik İlkin Qırtımov, Felipe Santos və Səlahət Ağayevi transfer edib.
 

writer photo
Əlirza Əlirzalı
0