Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edilib
17.05.2024 - 17:17
Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edilib

Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyunları ləğv edilib.

Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Gürcüstan kollektivinin Azərbaycana səfər edə bilməməsi səbəb olub.

Azərbaycan komandası hazırlıq prosesini mayın 21-dək davam etdirəcək.

Qeyd edək ki, qarşılaşmalar mayın 18-i və 21-də baş tutmalı idi.

writer photo
Əlirza Əlirzalı
0