Joao Feliksin arzusu
13.05.2023 - 13:42
Joao Feliksin arzusu

Portuqaliya millisinin futbolçusu Joao Feliks “Atletiko”nu tərk etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, icarə əsasında “Çelsi”də çıxış edən hücumçu İngiltərədə qalmaq niyyətindədir.

O, Premyer Liqa klublarından birinə keçməyi planlaşdırır. Feliks “Çelsi”də deyil, Çempionlar Liqasında mübarizə aparacaq klubların birində forma geyinmək arzusundadır.

23 yaşlı futbolçu cari mövsüm “Atletiko” və “Çelsi”də ümumilikdə 37 oyun keçirib. Portuqaliyalının hesabında 8 qol var.

Qeyd edək ki, Joaonun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0