“Bazel”in hücumçusu Premyer Liqada
19.07.2023 - 14:47
“Bazel”in hücumçusu Premyer Liqada

Avropanın aparıcı futbol liqalarına futbolçu satması ilə seçilən “Bazel” daha bir oyunçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, İsveçrə təmsilçisi Zeki Amdunini satıb.

Hücumçu “Bernli”yə keçib. İngiltərə klubu isveçrəli forvard üçün 18,6 milyon avro ödəyib. 22 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsümün 52 matçında 22 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0