Formula-1 üzrə Sinqapur Qran-Prisi keçirilib.
Apasport.az saytı xəbər verir ki, “Ferrari” sürücüsü Karlos Sayns finiş xəttini birinci keçib.
Yarışa ilk sıradan başlayan ispaniyalı sürücü üstünlüyünü sonadək qoruya bilib. Növbəti yerləri Lando Norrus (“Maklaren”) və Lyuis Hemilton (“Mersedes”) tutublar. Uzun müddət sonra ilk dəfə “Red Bull” sürücüləri podiumda yer almayıblar. Komandanın 15 yarışlıq qələbə seriyası da qırılıb. Bundan başqa, dalbadal 10 Qran-Pridə qələbə qazanan Maks Ferstappenin seriyasına son qoyulub.
Qeyd edək ki, hollandiyalı sürücü 374 xalla liderliyini davam etdirir.
Sayns “Red Bull” və Ferstappenin seriyasına son qoydu
17.09.2023 - 18:23
0
0