Misli Premyer Liqasının ilk 12 turundakı oyunlarda ən çox ilk qolu vuran komandalar müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, siyahıya turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan “Qəbələ” başçılıq edir.
“Qırmızı-qaralar” keçirdiyi 12 qarşılaşmanın 10-da hesabı açan tərəf olub. Bu isə 83,33 faizlik göstərici deməkdir. Maraqlıdır ki, “Qəbələ” bu mövsüm 6 səfər görüşünün hamısında ilk sevinən komanda olub.
Sıralamada ikinci yeri “Qarabağ” tutur. Çempionatda itkisiz yoluna davam edən ağdamlılar 11 matçın 9-da buna nail olub. Qurban Qurbanovun yetirmələri də səfərdə 100 faizlik göstəriciyə (5 oyun) imza atıb.
Siyahının üçüncü pilləsində “Neftçi” qərarlaşıb. “Ağ-qaralar” 9 oyunda hesabı açmağa müvəffəq olub.
Premyer Liqanın debütantı “Turan Tovuz” ev oyunlarında hamıdan yaxşı göstərici ilə yadda qalıb. Tovuzlular doğma azarkeşləri önündə çıxdığı 5 matçın 4-də birinci qolu vurub.
Yer |
Komanda |
ÜMUMİ |
EVDƏ |
SƏFƏRDƏ |
||||||
Oyun |
İlk qol |
Faiz |
O |
İ/Q |
F |
O |
İ/Q |
F |
||
1 |
Qəbələ |
12 |
10 |
83.33% |
6 |
4 |
66.67% |
6 |
6 |
100.00% |
2 |
Qarabağ |
11 |
9 |
81.82% |
6 |
4 |
66.67% |
5 |
5 |
100.00% |
3 |
Neftçi |
12 |
9 |
75.00% |
5 |
3 |
60.00% |
7 |
6 |
85.71% |
4 |
Sabah |
12 |
8 |
66.67% |
7 |
4 |
57.14% |
5 |
4 |
80.00% |
5 |
Turan Tovuz |
11 |
6 |
54.55% |
5 |
4 |
80.00% |
6 |
2 |
33.33% |
6 |
Zirə |
12 |
5 |
41.67% |
6 |
2 |
33.33% |
6 |
3 |
50.00% |
7 |
Sumqayıt |
12 |
2 |
16.67% |
5 |
1 |
20.00% |
7 |
1 |
14.29% |
8 |
Kəpəz |
12 |
2 |
16.67% |
6 |
1 |
16.67% |
6 |
1 |
16.67% |
9 |
Səbail |
12 |
2 |
16.67% |
7 |
1 |
14.29% |
5 |
1 |
20.00% |
10 |
Şamaxı |
12 |
1 |
8.33% |
6 |
0 |
0.00% |
6 |
1 |
16.67% |