“Qəbələ” və “Şamaxı”nın baş məşqçisi kursa qatıldı
30.08.2022 - 13:52
“Qəbələ” və “Şamaxı”nın baş məşqçisi kursa qatıldı

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun V modulu başlayıb.

Apasport.az saytı xəbər verir ki, təhsil proqramın rəhbəri Aslan Kərimov tərəfindən keçirilən və üç gün davam edəcək kursların əsas istiqaməti “Liderlik” mövzusu əhatə edir.

Kursda “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev, “Şamaxı”nın çalışdırıcısı Vüqar Əsgərli, həmçinin Zaur İsmayılov, Füzuli Məmmədov və Sənan Qurbanov da iştirak edir.

writer photo
Əlirza Əlirzalı
0