“Qəbələ” zirvədə, “Dalğa Arena”da qolsuzluq
21.08.2022 - 22:27
“Qəbələ” zirvədə, “Dalğa Arena”da qolsuzluq

Misli Premyer Liqasında III tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki matç baş tutub.

Günün ilk qarşılaşması Qəbələdə baş tutub. Ev oyunlarını burada keçirən “Kəpəz” “Qəbələ”ni qəbul edib.

İlk iki turu qələbə ilə başa vuran Elmar Baxşıyevin yetirmələri autsayderə də xal verməyib. Üç cavabsız qolla darmadağına sevinən “Qəbələ” turnir cədvəlində liderliyi ələ keçirib.

“Turan Tovuz” – “Qarabağ” qarşılaşması təxirə salınan tura “Dalğa Arena”da yekun vurulub. “Zirə” “Sumqayıt”ı sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən görüşdə komandalardan heç biri qol imkanlarından yararlanmayıb. Ötən mövsümün bürünc mükafatçısı xal itkisi ilə üzləşib. “Sumqayıt” aktivinə ilk xalını yazıb.

Qeyd edək ki, növbəti turun matçları avqustun 26-28-də keçiriləcək.
 

Premyer Liqa
III tur
21 avqust (bazar)

18:00. “Kəpəz” – “Qəbələ” - 0:3

Qollar: Məqsəd İsayev, 18, Ramon Maçado, 26, Rövlan Muradov, 57

Kəpəz”: 12. Kamran İbrahimov, 8. Tural Axundov (k), 11. Rauf Əliyev, 32. Elvin Yunuszadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 22. Əfran İsmayılov, 80. Tural Rzayev, 10. Əli Səmədov, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi
Baş məşqçi: Yaşar Vahabzadə

 “Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
Baş hakim: Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Sumqayıt” - 0:0

“Zirə”: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 7. Araz Abdullayev, 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 22. Damian Daniçiç
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 17. Murad Xaçayev, 55. İbrahim Əliyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 21. Nihad Əhmədzadə, 30. Filipe Çabi, 70. Ouro-Nil Ture, 37. Alya Ture
Baş məşqçi: Aleksey Baqa
Baş hakim: Rəvan Həmzəzadə
“Dalğa Arena”

 

1

Qəbələ

3

3

0

0

8-1

9

2

Sabah

3

3

0

0

8-2

9

3

Qarabağ

2

2

0

0

5-1

6

4

Neftçi

3

2

0

1

7-4

6

5

Zirə

3

1

1

1

3-4

4

6

Turan Tovuz

2

1

0

1

1-2

3

7

Səbail

3

0

1

2

2-5

1

8

Şamaxı

3

0

1

2

2-5

1

9

Sumqayıt

3

0

1

2

0-5

1

10

Kəpəz

3

0

0

3

3-10

0

Bombardirlər: Coy Lens Mikels ("Sabah"), Ramil Şeydayev ("Qarabağ"), Musa Qurbanlı ("Qarabağ"), Sertan Taşkın ("Zirə"), Amil Yunanov ("Şamaxı"), Rövlan Muradov (“Qəbələ”) - 2 qol

writer photo
Əlirza Əlirzalı
0