Azərbaycan millisinin sabiq futbolçusu Yaşar Vahabzadənin apasport.az saytına açıqlama verib.
Saytımızın gündəmlə bağlı suallarını cavablandıran mütəxəssis "Kəpəz"in son vəziyyətini də dəyərləndirib:
- Vaxtilə çalışdırdığınız "Kəpəz"in hazırki performansının ürəkaçan olmamasını nə ilə əlaqələndirirsiniz?
- "Kəpəz"lə bağlı çox şey demək istəmirəm. Dövlətin verdiyi maliyyə çox deyil. Üstəlik də nə əlavə gəlir yeri var, nə də sponsor. Buna baxmayaraq, azarkeş qələbə istəyir. Bu da vəziyyətin ürəkaçan olmamasına gətirib çıxarır.
- Baş məşqçi Adil Şükürovun gəlişindən sonra komanda 2 oyunda 1 xal ala bilib. Bu təyinat barədə nə düşünürsüz? Sizcə, özünün dediyi kimi komandanı ağır vəziyyətdən çıxara biləcək?
- İlk növbədə Adil müəllimə səbir diləyirəm. Çünki bu gün klubun durumu hər kəsə məlumdur. Maliyyə problemini bayaq qeyd etdim. Üstəlik, Gəncədə azarkeşlər həmişə komandanı öndə görmək istəyirlər. Amma onları komandanın daxili çətinlikləri, çatışmazlıqları maraqlandırmır. Bu baxımdan mən Adil müəllimə səbir, dözüm arzulayıram. Düzdür, çox da istəmirdim bu mövzuda danışım. Amma düşünürəm ki, komanda bir az toparlanıb, pis təsir bağışlamır.
- Bülənt Korkmazın adı millimizlə yanaşı hallanır. Sizin fikrinizcə, türkiyəli məşqçi variantı nə dərəcədə məqsədəuyğundur?
- Hər halda mən də yerli mütəxəssis tərafdarıyam. Bülənt Korkmazla yanaşı çox məşqçilərin adı hallanır. Bu barədə çox da biliyim yoxdur. Yerli məşqçinin olması daha məqsədəuyğun olar.