Qəbələdə 3 qol - YENİLƏNİB
07.04.2023 - 18:52
Qəbələdə 3 qol - YENİLƏNİB

Misli Premyer Liqasında XXIX tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir matç keçirilib.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” və “Qəbələ” sonuncuların meydanında üz-üzə gəlib. 4-cü yer uğrunda vacib qarşılaşmadakı qollar ikinci 45 dəqiqəyə təsadüf edib. 

Öncə meydan sahibləri Ramon Maçadonun qolu ilə hesabda önə keçib. Paytaxt klubu tarazlığı Eldar Quliyevin topu qapıdan keçirməsi ilə bərpa edib.

Lakin rəqibini turnir cədvəlində keçmək üçün qalib gəlməli olan “Qəbələ” böyük qüvvə ilə irəli atılıb. Ruan Renato vurduğu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, turun digər oyunları aprelin 8-9-da keçiriləcək.
 

Misli Premyer Liqası
XXIX tur
7 aprel (cümə)
17:00. “Qəbələ” – “Zirə” - 2:1
Qollar:
Ramon Maçado, 58, Ruan Renato, 80 - Eldar Quliyev, 69
Baş hakim: Tural Qurbanov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Zirə”: 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 18. Slavik Alxasov, 9. Loris Broqno, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
Qəbələ şəhər stadionu

1

Qarabağ

28

23

5

0

71-15

74

2

Sabah

28

20

5

3

62-20

65

3

Neftçi

28

17

6

5

50-25

57

4

Qəbələ

29

10

9

10

36-36

39

5

Zirə

29

10

8

11

32-39

38

6

Turan Tovuz

28

7

7

14

23-38

28

7

Kəpəz

28

5

10

13

28-49

25

8

Sumqayıt

28

6

6

16

20-52

24

9

Şamaxı

28

4

8

16

23-44

20

10

Səbail

28

4

6

18

20-47

18

Bombardirlər: Musa Qurbanlı ("Qarabağ") - 20 qol, Ramil Şeydayev ("Qarabağ") - 17 qol, Coy Lens Mikels ("Sabah") - 15 qol, Emin Mahmudov ("Neftçi") - 14 qol
 

writer photo
Əlirza Əlirzalı
0