“Qəbələ”dən növbəti transfer
05.09.2024 - 12:46
“Qəbələ”dən növbəti transfer

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdirib.

21 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Samir bunadək “Rubin” (Rusiya) və “Neftçi”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0