Vüsal İsgəndərli üzr istədi: "Mənim səhvimdən uduzduq" - MÜSAHİBƏ
25.04.2023 - 16:33
Vüsal İsgəndərli üzr istədi: "Mənim səhvimdən uduzduq" - MÜSAHİBƏ

“Sumqayıt”ın futbolçusu Vüsal İsgəndərlinin apasport.az saytına müsahibəsi

- "Qəbələ" ilə matç haqda hansı fikirdəsən? Səncə, niyə xalsız qaldınız?
- Yaxşı, maraqlı oyun oldu. Qələbəyə çox yaxın idik. Sadəcə yenə də düzgün qərar vermədik. İstər hücumda, istərsə də müdafiədə qərarlarımız istənilən kimi olmadı. Sonda məğlub olduq. Çox təəssüf ki, belə alındı.

- Hesab 2:0 olduqdan sonra heç ağlınıza gələrdi ki, uduzacaqsız?
- Xeyr. Oyun 0:0 olanda belə məğlubiyyət haqda düşünmürdük. Doğrudan da, düşünmürdük. Çünki yaxşı oynayırdıq. Sadəcə yenə də, öz səhvlərimizdən, elə birinci mənim səhvimdən uduzduq.  

- Son dəqiqədə Rüfət Abdullazadənin zərbəsi dirəkdən döndü, ondan əvvəl isə komanda yoldaşınla birlikdə təkbətəkə çıxmışdız. Həmin epizodda komanda yoldaşını görmədin, yoxsa istəyirdin özün oyunun taleyini həll edəsən?
- Həmin epizodu düşünəndə, hələ də inanmıram ki, top qapının içindən necə çıxdı. Mənim epizoduma gəldikdə, Kamran Əliyev solda idi. Amma desəm ki, onu görmədim, inanmayacaqlar. İnanın, doğrudan da görmədim. Həmin səhv qərarım olmasaydı, xal qazana bilərdik. Bütün komanda yoldaşlarımdan, azarkeşlərdən üzr istəyirəm. Çünki bu durumda komanda bu vəziyyətində də daha düzgün qərar verməli idim. Növbəti turda öz səhvimi düzəltməyə çalışacam.

- Amma Samir Abasov oyundan sonra bildirib ki, məğlubiyyətə görə özünü günahkar hesab edir və futbolçulardan üzr istəyib. Bu haqda nə deyəcəksən?
- Bu haqda nə deyim, bilmirəm. Hər kəs özünü günahkar görür. Heç kəs uduzmağı qəbul etmədi. Bəli, Samir müəllim o sözləri dedi, bizə dəstək oldu. Ancaq gələcək matçlara hazırlaşmaq lazım olduğunu bildirdi.

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsız. Necə düşünürsən, Qəbələdə gəncəlilərə qalib gələ biləcəksiz? 
- Düzdür, Qəbələ oynayacağıq. Gəncə səfəri isə hamı üçün ağır olur. Ancaq rəqib eyni komandadır. Yenə də bizim üçün səfər görüşüdür. Ona görə də, çox istəkli olmalıyıq ki, qələbə qazanaq. Qələbəyə çox ehtiyacımız var.

- Matçın sonunda Felipe Santosla mübahisə etdin. Həmin an nə baş vermişdi?
- Bilirsiz, son qoldan sonra Felipenin azarkeşlərə jesti oldu. Biz də elə həmin epizod zamanı əsəbi şəkildə reaksiya verdik. Ancaq futboldur da, belə şeylər baş verir. Artıq həmin görüş geridə qaldı.

writer photo
Əlirza Əlirzalı
0