“Borussiya”da yeni baş məşqçi
23.05.2022 - 23:43
“Borussiya”da yeni baş məşqçi

Dortmund “Borussiya”sının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubunu Edin Terziç çalışdıracaq.

39 yaşlı almaniyalı mütəxəssis 2018-ci ildə Lüsyen Favrın köməkçisi kimi “Borussiya”da işə başlayıb. Baş məşqçinin 2020-ci ilin qışındakı istefasından sonra onu əvəz edən Terziç Almaniya kubokunu qazanıb. O, 2021-ci ilin yayında isə klubun texniki direktoru təyin olunub.

Qeyd edək ki, Terziç istefaya göndərilən Marko Rozeni əvəzləyib.
 

writer photo
Əlirza Əlirzalı
0