Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
23 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən European Football Academy – “Kəpəz” PFK oyununda “Kəpəz” PFK komandasının heyətində 9 nömrəli futbolçu Nicat Hacıyev qarşılaşmanın 63-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
22 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Zirə” PFK – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində 22 nömrəli futbolçu Səttar Hacıyev qarşılaşmanın 22-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
22 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Zirə” PFK – “Araz Naxçıvan” PFK oyununda “Zirə” PFK komandasının heyətində 12 nömrəli futbolçu Cavanşir Qasımov qarşılaşmanın 83-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
22 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Zirə” PFK – “Araz Naxçıvan” PFK oyununda “Zirə” PFK komandasının heyətində 9 nömrəli futbolçu Gülağa Mirzəyev qarşılaşmanın 84-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
22 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Zirə” PFK – “Araz Naxçıvan” PFK oyununda “Araz Naxçıvan” PFK komandasının heyətində 7 nömrəli futbolçu Mehman Ağakişiyev qarşılaşmanın 84-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın (maddə 40.3);
26 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Qarabağ” FK – “European Football Academy” oyununda “Qarabağ” FK komandasının heyətində 7 nömrəli futbolçu Həbib Qədimov qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
23 may 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “Qarabağ” FK – “Sumqayıt” FK oyununda “Qarabağ” FK komandasının heyətində 8 nömrəli futbolçu Əli Qazıbəyov qarşılaşmanın 88-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
26 may 2024-cü il tarixində AFFA U-16 Liqasında keçirilən “European Football Academy” – “Atletico Baku” FK oyununda “European Football Academy” komandasının heyətində 25 nömrəli futbolçu Orxan Əhmədov qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
27 may 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən “Sumqayıt” FK – “Qəbələ” İK oyununda “Qəbələ” İK komandasının cəzalı olan məşqçisi Şəhruz Mustafayev oyun ərzində hakimlərin ünvanına qeyri-etik ifadələr işlətməsinə görə cəzasının üzərinə 5 oyun əlavə edilsin (maddə 43.4, 1);
26 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilməli olan “Sabah” FK – “Masallı” PFK oyunu “Masallı” PFK komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Masallı” PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1);
23 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “İrəvan” FK – “Araz Naxçıvan” PFK oyununda “İrəvan” FK komandasının heyətində 1 nömrəli futbolçu Marat Askerov qarşılaşmanın 30-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 39.1);
26 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Araz Saatlı” FK – “Vətən İOEUGFMPHŞ” oyununda “Araz Saatlı” FK komandasının heyətində 5 nömrəli futbolçu Murad Alışov qarşılaşmanın 53-cü dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
26 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Qəbələ” İK – “Azart” oyunu bitdikdən sonra “Azart” komandasının baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir edilməsinə görə 3 oyun cəzalandırılsın (maddə 43.4);
19 may 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Şirvansaray” FK – “Astara” FK oyununda “Astara” FK komandasının rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalandırılsın (maddə 43.4);
21 may 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “Amasiya” FK oyunu bitdikdən sonra “Araz Naxçıvan” PFK komandasının heyətində 3 nömrəli futbolçu Rəhman Məmmədli rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.3);
21 may 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Araz Naxçıvan” PFK – “Amasiya” FK oyununda “Amasiya” FK komandasının heyətində 44 nömrəli futbolçu İlham Qubadov qarşılaşma bitdikdən sonra rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.3);
21 may 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən “Şamaxı” FK – “Ulduz” FA oyununda “Şamaxı” FK komandasının heyətində 12 nömrəli futbolçu Tunar Süleymanlı qarşılaşmanın 20-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
27 may 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyununda “Neftçi” FK komandasının heyətində 5 nömrəli futbolçu Murad Mustafayev qarşılaşmanın 90-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarıdan qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);
26 may 2024-cü il tarixində AHFF-nin birinciliyinin V turu çərçivəsində keçirilən “Gənclər” FM – “Sparta” oyununda “Sparta” komandasının heyətində 9 nömrəli futbolçu Riyad Hənifəyev qarşılaşmanın 90+4-cü dəqiqəsində meydanda təhqiramiz ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılsın (maddə 43.1);
26 may 2024-cü il tarixində AHFF-nin birinciliyinin V turu çərçivəsində keçirilən “Ərkivan” FK – “Salyan 2018” FK oyununda təhlükəsizlik xidməti oyuna təyin edilmiş vaxtda gəlmədiyi üçün oyun baş tutmamasına görə “Ərkivan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 63.1).