"Qalatasaray"ın müdafiəçisi Almaniyada oynayacaq
30.08.2024 - 18:39
"Qalatasaray"ın müdafiəçisi Almaniyada oynayacaq

"Qalatasaray"ın futbolçusu Derrik Kön Almaniyaya qayıdır.

Apasport.az xəbər verir ki, 25 yaşlı sol cinah müdafiəçisi "Verder"lə razılaşıb. 

O, Bremen təmsilçisinin heyətində icarə əsasında oynayacaq.

Qeyd edək ki, İstanbul təmsilçisinin heyətində cəmi 19 matça çıxan Kön 1 qol vurub, 2 məhsuldar ötürmə verib. 

 

writer photo
Əlirza Əlirzalı
0