İsveçli futbolçu Zlatan İbrahimoviç növbəti dəfə açıqlaması ilə gündəmə gəlib.
Apasport.az saytı xəbər verir ki, 41 yaşlı hücumçu MLS səviyyəsinin çox aşağı olduğunu deyib.
ABŞ-da oynadığı zaman vurduğu qolların sayının az qala keçirdiyi matç sayını üstələdiyini deyən Zlatan bu səbəbdən yenidən “Milan”a geri qayıtdığını bildirib.
İbrahimoviç MLS oynadığı 2 ildə yüksək məbləğda pullar qazandığını və burada çıxış edən futbolçuların yaxşı gəlir etdiyini də vurğulayıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2018/20-ci illərdə ABŞ-ın “Los Angeles Qalaksi” klubunun şərəfini qoruyub. Veteran hücumçu bu komandada keçirdiyi 58 oyunda 53 dəfə fərqlənib.