Çempion darmadağınla başladı
28.11.2022 - 22:05
Çempion darmadağınla başladı

Minifutbol üzrə Azərbaycan çempionatında ilk turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, 17 komandanın mübarizə apardığı liqada 8 qarşılaşma olub.

İlk turdan sonra daha yaxşı top fərqinə sahib olan son çempion “Birbaşa Bakı” komandası birinci pillədə qərarlaşıb. 2-ci yerdə “Veteran”, 3-cü pillədə isə “Bakı” komandası qərarlaşıb.

Qeyd edək ki, ölkə çempionatında növbəti tura dekabrın 3-də start veriləcək.

writer photo
Əlirza Əlirzalı
0