“Fehervar”ı seçməyimdə bu komandanın Konfrans Liqasında mübarizə aparması da rol oynadı”.
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Fehervar”ın yeni transferi Nikola Serafimov deyib.
“Zalaeqerseq”dən yenicə transfer edilən Şimali Makedoniya millisinin 22 yaşlı mərkəz müdafiəçisi Macarıstan klubunun rəsmi saytına açıqlamasında Avropa arenasındakı hədəflərindən danışıb: “Hələ “Vardar”da olanda “Fehervar”ın ölkənin ən böyük klublarından biri olduğunu gördüm. Bu üzdən təklif gələndə çox düşünmədim. Bu mövsüm gücümüzü Konfrans Liqasında sınayacağıq. Mümkün qədər irəliləmək, hətta qrup mərhələsinə düşmək istəyirik”.
Qeyd edək ki, “Qəbələ” “Fehervar”la ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşü isə bir həftə sonra evdə keçirəcək.