Qran-pri turnirində iştirak edəcək kişi cüdoçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.
Apasport.az Beynəlxalq Cüdo Federasiyasına (İJF) istinadla xəbər verir ki, 11 cüdoçumuz turnirdə mübarizə aparacaq.
Rixard Trautmanın rəhbərliyi altında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq) ), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) yarışacaq.
Turnirin qalibi 700, ikincisi 490, üçüncü yeri tutan isə 350 reytinq xalı qazanacaq.
Qeyd edək ki, yarış yanvarın 26-28-da Portuqaliyanın Odivelaş şəhərində baş tutacaq.