Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib
27.08.2024 - 15:42
Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib

Futbol üzrə Nigeriya millisinin yeni baş məşqçisinin adı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmanın "sükanı" Bruno Labbadiaya tapşırılıb. 56 yaşlı almaniyalı mütəxəssis Nigeriya yığmasının tarixində 37-ci baş məşqçisi olub.

Qeyd edək ki, Bruno Labbadia son olaraq 2022/2023 mövsümündə ölkəsində "Ştutqart"ı çalışdırıb. 

writer photo
Əlirza Əlirzalı
0