Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”
07.11.2022 - 18:49
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

"Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasına münasibət bildirib. Klubun mətbuat xidmətinə açıqlama verən Qurbanov Belçika təmsilçisi “Gent”i dəyərləndirib: “Güclü komandalardan biri ilə qarşılaşacağıq. “Gent" ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişaf göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi "Brügge" Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu 2023-cü il fevralın 16-da baş tutacaq. Bir həftə sonra rəqiblər Belçikada üz-üzə gələcək.
 

writer photo
Əlirza Əlirzalı
0