Fransa mətbuatı: İkardi “Qalatasaray”da
09.07.2023 - 16:03
“Qalatasaray” argentinalı ulduz Mauro Ikardinin transferini həll edib.
Apasport.az saytı xəbər verir ki, bu barədə Fransanın nüfuzlu “L Equipe” nəşri məlumat yayıb.
Məlumatda “Qalatasaray”in təklifinin PSJ tərəfindən qəbul olunduğu bildirilir. Paris klubu bir il müqaviləsi qalan Ikardinin keçidinə “yaşıl işıq” yandırıb və transferin dəyəri 10 milyon avodir. Mauro İstanbul klubunda illik 8 milyon maaş alacaq.
Qeyd edək ki, İkardi 2022/23 mövsümünü “Qalatasaray”da keçirib. O, 26 oyunda 23 qol vuraraq komandanın çempion olmasında böyük pay sahibi olub.
0
0