Milli üzvü Madrid nəhənginə keçir
18.07.2022 - 22:15
Milli üzvü Madrid nəhənginə keçir

Fil Dişi Sahili millisinin sağ cinah müdafiəçisi Serj Orye “Atletiko”ya keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Madrid klubu 30 yaşlı futbolçu ilə ciddi maraqlanır.

Ötən mövsüm formasını geyindiyi “Vilyarreal”dan ayrılan Orye hazırda azad agentdir. “Atletiko” rəhbərliyi bundan yararlanaraq, onunla müqavilənin şərtlərini razılaşdırmağa çalışır. Futbolçu özü də Avropanın iddialı klublarından birində oynamaq arzusundadır.

Qeyd edək ki, Serj Orye keçən mövsüm “Vilyarreal”ın heyətində bütün turnirlərdə 24 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0