Qruplar bilinir - AVRO-2024-də
09.10.2022 - 14:06
Qruplar bilinir - AVRO-2024-də

Bu gün AVRO-2024-cü seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az sayının məlumatına görə, Almaniyanın Frankfurt şəhərindəki tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Azərbaycan millisinin də seçmə mərhələdəki rəqibləri bəlli olacaq. Yığmamız seçmə mərhələnin 53 iştirakçısı sırasında yer alıb.

Bu məqsədlə Azərbaycan nümayəndə heyəti də Almaniyaya yollanacaq. AFFA-nın baş katib Sərxan Hacıyev, müavini Kamran Vəliyev, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov püşkatmada ölkəmizi təmsil edəcək.

Final mərhələsinin ev sahibi Almaniya və yarışlardan kənarlaşdırılan Rusiya istisna olmaqla UEFA-ya üzv olan bütün ölkələr seçmələrdə qüvvəsini sınayacaq. Komandalar püşklə 10 qrupa bölünəcək.

Püşk öncəsi iştirakçılar səbətlərə bölünüb. Yığmamız 4-cü “onluq”da yer alıb.

Millətlər Liqasının 4 finalçısı A, B, C və D qruplarına düşəcək. Bu qruplar, həmçinin E, F və G qrupunda 5 komanda mübarizə aparacaq. Üç millinin yer aldığı 6-cı səbətin üzvləri H, İ və J qruplarına düşəcək. Bu qruplarda 6 komanda çıxış edəcək.

Millətlər Liqası səbəti
Niderland
Xorvatiya
İspaniya
İtaliya

1-ci səbət
Danimarka
Portuqaliya
Belçika
Macarıstan
İsveçrə
Polşa

2-ci səbət
Fransa
Avstriya
Çexiya
İngiltərə
Uels 
İsrail
Bosniya və Herseqovina
Serbiya
Şotlandiya
Finlandiya

3-cü səbət
Ukrayna
İslandiya
Norveç
Sloveniya
İrlandiya
Albaniya
Monteneqro
Rumıniya
İsveç
Ermənistan

4-cü səbət
Gürcüstan
Yunanıstan
Türkiyə
Qazaxıstan
Lüksemburq
Azərbaycan
Kosovo
Bolqarıstan
Farer adaları
Şimali Makedoniya

5-ci səbət
Slovakiya
Şimali İrlandiya
Kipr
Belarus
Litva
Cəbəllütariq
Estoniya
Latviya
Moldova
Malta

6-cı səbət
Andorra
San-Marino
Lixtenşteyn

Qeyd edək ki, 2023-cü ildə keçiriləcək seçmə mərhələdə qruplarda ilk iki yeri tutanlar Almaniya-2024-ə vəsiqə qazanacaq.

writer photo
Əlirza Əlirzalı
0