Qurban Qurbanov: “Başqa çıxış yolumuz yoxdur” - MÜSAHİBƏ
04.02.2023 - 16:30
Qurban Qurbanov: “Başqa çıxış yolumuz yoxdur” - MÜSAHİBƏ

"Bizim üçün asan oyun olmadı. Burada matçlarımız həmişə gərgin mübarizə şəraitində keçir”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Misli Premyer Liqasının XXI turunun “Kəpəz”lə (1:1) oyunundan sonra mətbuat konfransında bildirib ki, belə şəraitdə oyunu inkişaf etdirmək çətindir: “Hər halda xallarımızın üzərinə biri də gəldi. Təəssüf ki, hələ oyunumuzu yaxşılaşdıra bilmirik. Qış fasiləsindən sonra ilk matçımızı saat 14:00-da, sonra 16:00-da, bu gün isə yenidən 14:00-da keçirdik. Belə şəraitdə oyunu inkişaf etdirmək çətindir”.

- Ağır qrafikə girirsiz. "Sabah" və "Gent"lə matçlarınız var. Komandanı necə hazırlayacaqsız?
- İlk dəfə deyil. Komandada onsuz da çatışmazlıqlar var. Belə olan halda ağır qrafika girmək asan deyil. Başqa çıxış yolumuz yoxdur. Əlimizdə olan futbolçuların bərpasını tezləşdirməyə çalışacağıq. Oyundan-oyuna komandanı motivasiya etməyə çalışırıq.

- Gəncəyə uzun fasilədən sonra gəldiniz. Təəssüratlarınız necədir?
- Gəncə futbolu Azərbaycanda fərqlənir. Həmişə buradan yaxşı futbolçular çıxır. Əvvəlki matçlarımızda 17 min azarkeşin olduğunu görmüşdük. Bu şəhərə futbol yaraşır. Futbolçu olduğum vaxtlarda da burada oynamaq asan olmayıb. Saat 2-də, belə qazonda yaxşı futbol göstərmək asan deyil.

- Matçın sonlarında Yankoviçə sərt reaksiya verdiniz...
- Normal epizodlardır. Tələsirdik, ona görə iradımı bildirdim. Əgər oyun alınmırsa, burada futbolçunun üzərinə getmək olmaz.
 

writer photo
Əlirza Əlirzalı
0