Qurban Qurbanov dünya reytinqində irəlilədi
06.12.2023 - 12:32
Qurban Qurbanov dünya reytinqində irəlilədi

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycanı bir məşqçi ilə təmsil edib. Bu, 15 ildir “Qarabağ”ı çalışdıran Qurban Qurbanovdur. 

51 yaşlı mütəxəssis 1594 xalla dünyada 198-cidir. O, ötən cədvəllə müqayisədə 1 pillə irəliləyib.
 
Qeyd edək ki, siyahıya 2193 xalı olan Pep Qvardiola başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0